- Risk strategiyası və siyasətlərin hazırlanması
- BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək;
- BOKT-nin Risk İştahının (Risk Appetite) müəyyən edilməsində iştirak etmək və risk limitlərinin formalaşdırılmasına təkliflər vermək;
- Kredit, əməliyyat, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət, qayda və prosedurların hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə metodologiyaların, modellərin və yanaşmaların seçilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;
- Skorinq sistemlərinin və anderraytinq modellərinin hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik etmək.
2. Kredit risklərinin idarə edilməsi və portfel analizi
- Kredit portfelinin keyfiyyətini mütəmadi olaraq təhlil etmək və portfel üzrə əsas risk göstəricilərinə nəzarət etmək;
- Vaxtı keçmiş kreditlərin (NPL) səviyyəsini və dinamikasını monitorinq etmək;
- Kredit portfelində sektor, region, məhsul və borcalan qrupları üzrə konsentrasiya risklərini müəyyən etmək və müvafiq limitlərin tətbiqi ilə bağlı təkliflər vermək;
- Potensial kredit itkiləri üzrə ehtiyatların düzgün hesablanmasına və formalaşdırılmasına nəzarət etmək;
- Kredit risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq və nəticələr əsasında rəhbərliyə təkliflər təqdim etmək.
3. Maliyyə və likvidlik risklərinin idarə edilməsi
- BOKT-nin öhdəliklərini vaxtında yerinə yetirməsi üçün likvidlik vəziyyətini və pul vəsaitlərinin hərəkətini (Cash Flow) təhlil etmək;
- Likvidlik risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Valyuta məzənnələrində və faiz dərəcələrində baş verən dəyişikliklərin BOKT-nin maliyyə vəziyyətinə, kredit portfelinə və gəlirliliyinə təsirini qiymətləndirmək;
- Likvidlik, valyuta, faiz və digər maliyyə riskləri üzrə limitlərə nəzarət etmək;
- Müxtəlif iqtisadi və maliyyə ssenariləri üzrə stress-testlər hazırlamaq və həyata keçirmək.
4. Əməliyyat, hüquqi və informasiya təhlükəsizliyi riskləri
- Əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili, monitorinqi və hesabatlığını həyata keçirmək;
- Filial və baş ofis struktur bölmələrində biznes proseslərini qiymətləndirmək, riskləri müəyyən etmək və onların optimallaşdırılması məqsədilə monitorinqlər aparmaq;
- Kredit rəsmiləşdirilməsi, kassa əməliyyatları, filial fəaliyyəti və digər daxili proseslərdə mövcud riskləri müəyyən etmək;
- Baş verən qayda pozuntularının səbəblərini təhlil etmək və onların aradan qaldırılması üzrə təkliflər vermək;
- Daxili və xarici dələduzluq (Fraud) risklərinin monitorinqini həyata keçirmək və qabaqlayıcı tədbirlərlə bağlı təkliflər hazırlamaq;
- BOKT-nin informasiya təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, rəhbərliyi məlumatlandırmaq və müvafiq düzəlişlərin aparılması üzrə təkliflər vermək;
- AMB tərəfindən BOKT-lər üçün müəyyən edilmiş prudensial tələblərə və digər normativ tələblərə riayət olunmasına risk baxımından nəzarət etmək.
5. Risklərin monitorinqi və nəzarət mexanizmləri
- Mövcud risklər üzrə risk xəritəsini hazırlamaq, mütəmadi yeniləmək və davamlı monitorinqini həyata keçirmək;
- Əsas Risk İndikatorları (KRI) üzrə məlumatları toplamaq, təhlil etmək və dəyişiklikləri izləmək;
- Potensial risklərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə müvafiq metod və modellərdən istifadə etmək;
- Risklərin optimallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Risklərin idarə edilməsi prosesində müəyyən edilmiş boşluqların aradan qaldırılmasına nəzarət etmək.
6. Hesabatlılıq və komitələrdə iştirak
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticələri üzrə dövri hesabatlar hazırlamaq;
- Rəhbərlik, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını təmin etmək;
- Risklərin idarə edilməsi üzrə tələb olunan hesabatlıqları hazırlamaq və təqdim etmək;
- Risk Komitəsi və Kredit Komitəsinin iclaslarında müstəqil risk rəyi ilə iştirak etmək və səs hüququ çərçivəsində qərarların qəbul edilməsinə töhfə vermək;
- Risk göstəricilərində əhəmiyyətli dəyişikliklər və yeni yaranmış risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
7. Risk mədəniyyətinin inkişafı
- Filial və baş ofis struktur bölmələrində risk mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək;
- Əməkdaşların risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə məlumatlılığının artırılmasına dəstək vermək;
- Risklərin idarə edilməsi üzrə daxili tələblərin əməkdaşlara çatdırılmasını və onların tətbiqinə nəzarəti təmin etmək.