Əsas vəzifələri:
· Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C və digər vasitələr) əlavə etmək;
· Anbardan məxaric olunacaq mal-materialların müvafiq sənəd və qaydalarla təhvil verilməsi üçün mühasibat uçotu registrlərində uyğun əməliyyatları icra etmək;
· Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək;
· Mədaxil əməliyyatları üzrə nağdsız ödənişlərin icra olunması üçün təqdim olunan hesab-faktura əsasında mühasibat uçotu registrlərində öhdəlik əməliyyatlarını yaratmaq;
· Anbar sayımlarında iştirak etmək;
· Aylıq hesabatların hazırlanması.
· Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
· Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
· Regionlarda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
· Baş mühasibin verdiyi tapşırıqların yerinə yetirilməsi.
· Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
· Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
· Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
· İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
· Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
· Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması.
Namizədə dair tələblər:
• Sərbəst Azərbaycan dili, Rus dili (arzu olunandır)
• MS Office, 1C proqramlarını sərbəst bilməli
• Minimum 2 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür)
• Ali təhsil
• Azərbaycan Respublikası Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” tələbləri bilməli
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
Son tarix
September 30, 2025
Paylaşılıb
sentyabr 16, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr