Innovasiya Soft MMC
Ana səhifə
/
/
/
CRM sistemlərinin satış təmsilçisi

CRM sistemlərinin satış təmsilçisi

Bu gün

7

Remote

Təsvir

İnnovasiya Soft MMC Bakı şəhəri üzrə BOKT, lizinq, lombard, mağaza, anbar, satış və müxtəlif xidmət sahələri üzrə CRM (Customer Relationship Management-müştəri münasibətlərinin idarə edilməsi) sistemlərinin satışı üzrə satış məsləhətçisi vəzifəsinə xanım və bəylər üçün vakansiyası elan edir.

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkət
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Ödənişli sınaq müddəti
  • Rəqabətli əmək haqqı
  • Yeni ideya və yanaşmalara açıq mühit
  • Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 iş günü saat 10:00-dan 18:00-adək (Şənbə günü növbəli və qısa iş günü)
  • Əmək haqqı: müsahibə əsasında (aylıq satışa görə yüksək bonus)


Ünvan: Füzuli 47, Füzuli residence, 5-ci mərtəbə (Heydər Əliyev adına sarayın yanı, 28 May və Nizami Metro stansiyalarının yaxınlığı). Tel: (055) 120-30-30

Maraqlanan xanım və bəylər CV-lərini [email protected] elektron ünvanında Subject/Mövzu hissəsində "B2B satış üzrə mütəxəssis" qeyd etmələri xahiş olunur.


Tələblər

  • İqtisadiyyat, İT, Biznesin idarə edilməsi və ya Marketinq ixtisasları üzrə təhsil arzuolunandır;
  • B2B satış sahəsində minimum 1-2 il iş təcrübəsi arzuolunandır;
  • CRM, ERP, SaaS və ya digər proqram təminatlarının satışında təcrübə üstünlükdür;
  • Biznes proseslərini və satış ehtiyaclarını analiz etmək bacarığı;
  • Müştərinin ehtiyacını və problemini düzgün müəyyənləşdirərək uyğun CRM həllini təqdim etmək bacarığı;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə praktiki təcrübə;
  • İşgüzar zənglər, yazışma, görüş və təqdimat keçirmək bacarığı;
  • CRM proqramının funksiyalarını müştəriyə sadə və anlaşılan formada izah edə bilmək;
  • Kommersiya təklifi hazırlamaq və danışıqlar aparmaq bacarığı;
  • Satışın bütün mərhələlərini — ilkin əlaqədən müqavilənin bağlanmasına qədər — idarə etmək bacarığı;
  • Etirazlarla işləmək və satışa çevirmək bacarığı;
  • MS Office və CRM sistemlərindən istifadə bacarığı;
  • Rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Nəticəyönümlülük, aktivlik və təşəbbüskarlıq;
  • Komanda ilə işləmək bacarığı


Vakansiya haqqında

Son tarix

October 10, 2026

Paylaşılıb

sentyabr 10, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

500 - 3000 AZN

Kateqoriya

Satış və müştəri xidmətləri