Təsvir

Əmək funksiyası:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)


Tələblər

  • Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
  • İş təcrübəsi (minimum) Müvafiq sahədə 2 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)
  • Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
  • Digər zəruri tələblər Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.


Vakansiya haqqında

Son tarix

mart 4, 2025

Paylaşılıb

yanvar 23, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə