Q

ERP üzrə şöbə müdiri (1C ERP Manager)

Bu gün

66

Təsvir

  • 1C bazasının idarə edilməsi (yenilənmə, ehtiyat nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.)
  • ERP komandasına rəhbərlik edir və lazım olduqda təlimat və istiqamət verir
  • ERP sisteminin dizaynı, konfiqurasiyası, sınaqdan keçirilməsi və tətbiqinə rəhbərlik etmək;
  • ERP sistemlərinin inteqrasiyasını və biznes ehtiyaclarına uyğun olmasını təmin etmək;
  • Tabeli alt qurumların ERP həllinə inteqrasiyasında fəal iştirak və nəzarət edilməsi;
  • Təşkilatın, əməkdaşların fəaliyyətini təhlil etmək və bu təhlillər nəticəsində müvafiq təkliflər vermək;
  • Avtomatlaşdırılmış biznes proseslərin dayanıqlı və təhlükəsiz işləməsinə nəzarət etmək;
  • Data idarəetmə təcrübəsi: Data Təhlükəsizliyi, Data Arxitekturası, Data mübadiləsi, Data analizi;
  • ERP sistemin verilənlər bazasının informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
  • Əməkdaşların ERP həllindən səmərəli istifadə etmələrinə dəstək göstərilməsi;
  • İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülməsi;
  • Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
  • Üçüncü tərəf 1C dəstək şirkətlərlərinə tapşırıqların ötürülməsi və təhvil alınması prosesində iştirak etmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.


Tələblər

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Peşəsi üzrə tam ali təhsil

İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri: Excel və 1C (8.3) proqramında işləmək bacarığı;Beynəlxalq İT standartları üzrə biliklər;Proqram təminatını layihələndirmə prosesi və alqoritmləri bilmək.

Digər zəruri tələblər: Uğurlu ERP layihələrində iştirak;Mühasibat uçotu bilikləri;Mühasibat uçotu üzrə sertifikatların olması əlavə üstünlükdür

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

 

Təqdim etmə bacarığı;

Detallara diqqət;

Komandada işləmək bacarığı;

Analitik düşünmə bacarığı;

Təşkilatçılıq bacarığı;

Problem həll etmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

April 19, 2025

Paylaşılıb

mart 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə