İcbari Sığorta Bürosu

Kiçik mühasib

Bu gün

11

Təsvir

Maliyyə şöbəsinin rəhbərinin tapşırıqlarına uyğun olaraq mühasibat uçotunun aparılmasında iştirak edir;

İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimələr, aktlar, ödəniş tapşırıqları və s.) qəbulunu, yoxlanılmasını və sistemləşdirilməsini həyata keçirir;

Pul vəsaitləri, mal-material qiymətliləri və əsas vəsaitlər üzrə aparılan əməliyyatların uçotunun düzgünlüyünün təmin edilməsində iştirak edir;

Əmək haqqının hesablanması, tutulmalar və ayırmalar üzrə ilkin məlumatların hazırlanmasında şöbənin digər əməkdaşlarına kömək edir;

Bank və kassa əməliyyatları üzrə sənədlərin hazırlanmasında və uçotunun aparılmasında iştirak edir.

Mühasibat proqramlarına məlumatların daxil edilməsini, elektron sənədlərin tərtibini və saxlanılmasını təmin edir;

Mühasibat sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və arxivə təhvil verilməsini təmin edir;

Tələblər

“Mühasibat uçotu haqqında” AR Qanununun əsas tələblərini;

Mühasibat uçotunun aparılması qaydalarını və ilkin uçot sənədlərinin tərtib edilməsini;

Əmək, vergi və sosial sığorta qanunvericiliyinin əsaslarını;

Büroda mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, mühasibat uçotunun aparılması qaydasını;

Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsini;

Mühasibat proqramlarından istifadə qaydalarını;

Vakansiya haqqında

Son tarix

October 10, 2026

Paylaşılıb

sentyabr 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə