Təsvir

Əsas vəzifə öhdəlikləri

  • Layihələrin məqsədlərini, iş həcmini, icra müddətlərini, maliyyə və texniki resurslarını müəyyənləşdirmək, ətraflı layihə planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
  • Layihə qrafiklərinə, müəyyən edilmiş mərhələlərə və resurs planına uyğunluğu izləmək, kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
  • Layihə komandası üzvləri arasında iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirmək;
  • Layihə portfelinin idarə olunması üzrə mövcud yanaşmaları təhlil etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və müvafiq inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;
  • Layihələrin icrası zamanı riskləri, dəyişiklikləri və keyfiyyət göstəricilərini idarə etmək, problemlərin vaxtında müəyyənləşdirilməsini və həllini təmin etmək;
  • Layihə üzrə maraqlı tərəflərlə effektiv kommunikasiyanı təşkil etmək, mütəmadi status görüşləri keçirmək, hesabatlar və təqdimatlar hazırlamaq;
  • Layihələrin nəticələrini müəyyən edilmiş Əsas Fəaliyyət Göstəriciləri (KPI) əsasında qiymətləndirmək və əldə olunan nəticələrin təhlilində iştirak etmək;
  • Jira platforması vasitəsilə layihə tapşırıqlarının, icra statuslarının və layihə məlumatlarının sistemli şəkildə izlənilməsini təmin etmək;
  • Təşkilatın strateji hədəflərinin və təşəbbüslərinin icrasının koordinasiyasına dəstək göstərmək


Tələblər

  • Ali təhsil;
  • Layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
  • Layihələrin idarə olunmasının əsas metodologiyaları, alətləri və prinsipləri üzrə nəzəri və praktiki biliklər;
  • Jira Software/Jira Service Management platformalarında layihələrin idarə olunması və izlənilməsi üzrə yaxşı biliklər;
  • Layihə planlarının hazırlanması, tapşırıqların koordinasiyası, icra müddətlərinin və resursların idarə olunması bacarığı;
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə biliklər;
  • KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin təhlili bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Hesabatların və təqdimatların hazırlanması, məlumatların strukturlaşdırılması və nəticələrin təqdim edilməsi bacarığı;
  • Maraqlı tərəflərlə effektiv ünsiyyət, komanda işi və koordinasiya bacarıqları;
  • Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
  • Yüksək məsuliyyətlilik, dürüstlük, təşəbbüskarlıq və nəticəyönümlülük.


Üstünlük hesab olunur

  • Beynəlxalq layihə idarəetmə sertifikatlarının olması;
  • Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi, proseslərin modelləşdirilməsi üzrə təcrübə;
  • İT və rəqəmsallaşma layihələrinin idarə olunması üzrə təcrübə;
  • Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;



Vakansiya haqqında

Son tarix

November 29, 2026

Paylaşılıb

oktyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər