İcbari Sığorta Bürosu
Ana səhifə
/
/
/
Metodologiya üzrə mütəxəssis/Hüquqşünas

Metodologiya üzrə mütəxəssis/Hüquqşünas

Bu gün

11

Təsvir

  • Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir;
  • Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
  • Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır;
  • Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.


Tələblər

  • Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
  • Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı;
  • Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
  • Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı;
  • Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı;
  • MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı.


Vakansiya haqqında

Son tarix

July 31, 2026

Paylaşılıb

iyul 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq