Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir;
Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır;
Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.
Tələblər
Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı;
Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı;
Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı;
MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı.