Büronun inzibati və xidməti otaqlarının, dəhlizlərinin, pilləkən qəfəslərinin, sanitar qovşaqlarının və ümumi istifadədə olan sahələrinin gündəlik təmizliyini təmin edir.
Mebelin, qapıların, pəncərələrin, döşəmələrin və digər inventarın təmiz və səliqəli saxlanılmasını təmin edir.
Məişət tullantılarının müəyyən edilmiş qaydada toplanmasını və kənarlaşdırılmasını təmin edir.
İstifadəsində olan təmizlik vasitələrinin və inventarın qorunmasını, düzgün və qənaətlə istifadəsini təmin edir.
Aşkar etdiyi nasazlıqlar, qəza halları və digər çatışmazlıqlar barədə dərhal rəhbərliyə məlumat verir.
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına ciddi riayət edir.
Rəhbərliyin tapşırığı ilə daşınma, yükləmə-boşaltma və digər sadə təsərrüfat işlərinin yerinə yetirilməsində iştirak edir.
İş yerinin və istifadə etdiyi avadanlıqların saz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin edir.
Tələblər
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinin əsaslarını;
- əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını;
- yanğın təhlükəsizliyi qaydalarını;
- sanitar-gigiyena normalarını;
- təmizlik vasitələrindən və avadanlıqlardan düzgün istifadə qaydalarını;