İctimai Televiziya və Radio Yayımları Şirkəti

İnsan resursları üzrə mütəxəssis

09-04-2024

4.7K

Bağlanılıb

Təsvir

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və işdən azad əməliyyatlarını həyata keçirmək;
  • EMAS və İSB elektron portallarında əməliyyatların yerinə yetirilməsini təmin etmək;
  • 1C ERP sistemində əmrləri və davamiyyət cədvəllərini tərtib etmək;
  • İşçilərin iş yerindən arayışla təmin olunmasını həyata keçirmək;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin qəbul edib, icra olunmasını həyata keçirmək və müvafiq departamentə yönləndirmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq;
  • Əmək kitabçalarına müvaffiq dəyişiklikləri əlavə etmək;
  • Yeni işə başlayan işçilərin sənədləşmə işlərinin tamamlanmasını təmin etmək və işə qəbul prosesinə uyğun olaraq tələb olunan sənədləri (müqavilə, vəzifə öhdəliyi və s.) təqdim edərək imzalatmaq;
  • Məzuniyyət qrafiklərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Zəruri hallarda departamentə aid hesabatları hazırlamaq
  • Qanunvericilikdə dəyişikliklərdən xəbərdar olmaq, potensial -uyğunsuzluq və problemləri aşkarlamaq və həll etmək;
  • İşçilərdən gələn elektron və şifahi sorğuları cavablandırmaq;
  • Vəzifə dəyişikliyi tətbiq olunmuş əməkdaşları əmək müqaviləsi, vəzifə təlimatları və vəsiqələr ilə təmin etmək;
  • Şirkət daxilində HR siyasətlərinin tətbiq etmək;
  • Yeni əməkdaşların işə qəbul və sınaq müddəti, dəyişikliklər kimi dövrü prosesini koordinasiya etmək.

Tələblər

  • İnsan resursları, Psixologiya, Iqtisadiyyat və yaxud oxşar sahələrdə ali təhsil;
  • Microsoft Office bilikləri və 1C ERP sistemində işləmək bacarığı;
  • İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Mükəmməl Azərbaycan və ingilis dili biliyi;
  • Mükəmməl Əmək Məcəlləsi biliyi;
  • Geniş araşdırma aparmaq və müxtəlif növ məlumatları təhlil etmək bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Məxfiliyin qorunmasının təmin edilməsi.

Vakansiya haqqında

Son tarix

aprel 29, 2024

Paylaşılıb

aprel 9, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr