İctimai Televiziya və Radio Yayımları Şirkəti

Müxbir

27-10-2025

491

Bağlanılıb

Təsvir

  • Qanunvericiliyin və redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
  • Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək;

-“kadrın” hazırlanması (tapşırılmış mövzu üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);

-“kadr+sinxronun” hazırlanması (tapşırılmış mövzu üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);

-video materialın hazırlanması (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin edilməsinə məsuliyyət daşıyır);

  • Müxbir mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasına məsuliyyət daşıyır;

-çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsi;

  • İTV-nin efirində yayımlanmamış xam materialın paylaşılması və üçüncü şəxslərə ötürülməsi qadağandır. Eyni zamanda müxbir sosial şəbəkədə işıqlandırdığı mövzular üzrə paylaşım etmək istəyirsə yalnız İTV-nin loqotipi ilə efirə verilən və ya şirkətin sosial şəbəkədəki rəsmi səhifələrində yerləşdirilmiş videokadrlardan istifadə edə bilər.
  • Gündəmə və çalışdığı struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olan mövzular təklif etmək.


Tələblər

  • Müxbir qismində 6 ay və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi;
  • Müxbir üçün nəzərdə tutulmuş geyim qaydasına uyğun geyinmək;
  • Adobe Premier proqramında işləmə bacarığı;
  • Kamera qarşısında işləməyi bacarmalı;
  • Geniş araşdırma bacarığına sahib olmalı;
  • Ünsiyyət bacarıqlarına malik olmalı;
  • Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı;
  • Tələffüzün düzgün olması;
  • Danışıqlar aparmaq bacarığı.

Vakansiya haqqında

Paylaşılıb

октябрь 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr