Qarabağ Universitetinin Klinikası

Psixiatriya üzrə tibb bacısı

Bu gün

3

Təsvir

Vəzifənin təsviri:


  • Psixi sağlamlıq problemləri və psixiatrik pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımını peşəkar standartlara uyğun həyata keçirmək.
  • Pasiyentin psixi, emosional və fiziki vəziyyətini davamlı müşahidə etmək, dəyişiklikləri vaxtında müəyyən etmək və aidiyyəti üzrə məlumatlandırmaq.
  • Pasiyentin davranışını, ünsiyyətini, emosional reaksiyalarını və risk faktorlarını mütəmadi qiymətləndirmək;
  • Pasiyentlərin tibb bacılığı baxımını planlaşdırmaq və icra etmək, pasiyentin vəziyyətinə dair monitorinq və müşahidə qeydlərini düzgün aparmaq, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti üzrə məlumatlandırmaq.
  • Dərman vasitələrini, o cümlədən psixotrop preparatları həkim təyinatına uyğun, təhlükəsiz və düzgün qaydada tətbiq etmək.
  • Pasiyentdə müşahidə olunan yan təsir, ağırlaşma və normadan kənar klinik halları vaxtında müəyyən etmək, onları müvafiq qaydada fərqləndirmək və müəssisədaxili xəbərvermə prosedurlarına uyğun olaraq aidiyyəti üzrə məlumatlandırmanı təmin etmək.
  • Aqressiya, təşviş, özünə və ya ətrafdakılara zərərvermə riski kimi hallarda pasiyent və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərmək.
  • Böhran və riskli davranış vəziyyətlərində müəssisədaxili prosedurlara və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək.
  • Pasiyentlə terapevtik ünsiyyət qurmaq, aktiv dinləmə və empatik yanaşma prinsiplərini tətbiq etmək;
  • Pasiyentin hüquqlarına, ləyaqətinə, məxfiliyinə və fərdi ehtiyaclarına hörmətlə yanaşmaq.
  • Pasiyent və ailə üzvlərinə müalicə prosesi, gündəlik baxım, təhlükəsizlik və psixi sağlamlığın qorunması ilə bağlı maarifləndirici məlumat vermək.
  • Tibbi sənədləşməni düzgün, tam və vaxtında aparmaq, pasiyentlə bağlı müşahidə və müdaxilələri müvafiq qaydada qeyd etmək.
  • Elektron tibbi qeydiyyat sistemlərində məlumatların dəqiq və konfidensial şəkildə işlənməsini təmin etmək.
  • Həkim, psixoloq, sosial işçi və digər mütəxəssislərlə multidissiplinar komanda çərçivəsində əməkdaşlıq etmək.
  • İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə riayət etmək.
  • Fövqəladə və təcili hallarda əsas həyat dəstəyi prinsiplərinə və daxili təlimatlara uyğun tədbirlər görmək.

Tələblər

Namizədə tələblər:


• Tibb bacısı üzrə orta ixtisas və ya ali tibb təhsili.

• Psixiatriya, psixi sağlamlıq, nevroloji və ya stasionar pasiyent baxımı sahəsində iş təcrübəsi üstünlükdür.

• Psixiatrik xəstəliklər və psixi sağlamlıq pozuntuları olan pasiyentlərin tibb bacılığı baxımının əsas prinsiplərini bilməsi.

• Psixi vəziyyətin qiymətləndirilməsi, davranış müşahidəsi və klinik risk faktorlarının müəyyən edilməsi üzrə bilik və bacarıqlara malik olması.

• Aqressiya, təşviş, intihar riski, özünəxəsarət və ətrafdakılara zərərvermə riski kimi böhran vəziyyətlərinin idarə olunması prinsiplərini bilməsi.

• Psixotrop dərmanların tətbiqi, təsir mexanizmi, mümkün yan təsirləri və ağırlaşmalarının müşahidəsi üzrə biliklərə malik olması.

• Pasiyent təhlükəsizliyi, məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaydaları və etik prinsiplər barədə məlumatlı olması.

• İntihar riski, özünəxəsarət davranışları və digər təhlükəli vəziyyətlərin erkən aşkarlanması üzrə müşahidə bacarığına malik olması.

• Terapevtik ünsiyyət, aktiv dinləmə, emosional dəstək və pasiyentlə etibarlı münasibət qurma bacarıqlarına sahib olması.

• Tibbi etika, məxfilik, pasiyent hüquqları və pasiyent yönümlü xidmət prinsiplərinə riayət etməsi.

• İnfeksiya nəzarəti, dərman təhlükəsizliyi və keyfiyyət standartları üzrə biliklərə malik olması.

• Elektron tibbi qeydiyyat sistemləri və MS Office proqramlarından istifadə bacarığı.

• Multidissiplinar komanda ilə effektiv əməkdaşlıq və düzgün kommunikasiya bacarığı.

• Əsas həyat dəstəyi — BLS üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür.

• Məsuliyyətli, səbirli, diqqətli, emosional dayanıqlı və yüksək peşəkar davranış nümayiş etdirməsi.

• Stressli və həssas klinik vəziyyətlərdə düzgün qərarvermə və təhlükəsiz davranış bacarığına malik olması.

Vakansiya haqqında

Son tarix

June 25, 2026

Paylaşılıb

may 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə