Təsvir

Vəzifə öhdəlikləri:



  • Tibbi sərfiyyat materiallarının, dərman vasitələrinin və digər tibbi məhsulların anbara qəbulunu, saxlanılmasını, uçotunu və müvafiq şöbələrə təhvil verilməsini təmin etmək;
  • Anbara daxil olan məhsulların faktiki miqdarını, çeşidini, markalanmasını, qablaşdırma vəziyyətini və son istifadə tarixlərini müşayiətedici sənədlər əsasında yoxlamaq;
  • Məhsulların e-qaimə-faktura və digər müvafiq sənədlər əsasında proqram təminatında qeydiyyatını aparmaq;
  • Tibbi məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinə, temperatur, rütubət və sanitariya-gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Məhsulların saxlanılması və dövriyyəsi zamanı FIFO və FEFO prinsiplərinin tətbiqini təmin etmək;
  • Klinikada fəaliyyət göstərən struktur bölmələrin sifarişləri əsasında məhsulların hazırlanmasını, təhvil verilməsini və müvafiq proqramda uçotunu aparmaq;
  • Anbar qalıqlarına və məhsulların son istifadə tarixlərinə mütəmadi nəzarət etmək, ehtiyatların azalması və istifadə müddətinin başa çatması ilə bağlı rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqlarla proqram göstəricilərinin uyğunluğunu yoxlamaq və aşkar edilən uyğunsuzluqlar barədə məlumat vermək;
  • Məhsulların qəbulu, saxlanılması və təhvili ilə bağlı sənədləşmə işlərini düzgün aparmaq və müvafiq qaydada arxivləşdirilməsini təmin etmək;
  • Anbar sahəsində əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək;
  • Fəaliyyət sahəsinə aid normativ sənədlərin, daxili prosedurların və müvafiq təlimatların tələblərinə uyğun fəaliyyət göstərmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək.


Tələblər

Namizədə tələblər:


  • Ali təhsil (əczaçılıq, logistika, iqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə təhsil üstünlükdür)
  • Tibb müəssisələrində anbardar kimi 1–3 il iş təcrübəsi;
  • Tibbi məhsulların saxlanılması, markalanması və son istifadə tarixlərinə nəzarət qaydaları barədə biliklər;
  • Anbar uçotu, inventarizasiya və sənəd dövriyyəsi prosesləri üzrə praktiki bilik və bacarıqlar;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də sərbəst işləmək bacarığı;
  • 1C və ya digər anbar uçotu proqramlarında işləmək bacarığı arzuolunandır;
  • E-qaimə-faktura və digər uçot sənədləri ilə işləmək bacarığı;

Vakansiya haqqında

Son tarix

November 20, 2026

Paylaşılıb

oktyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə