Qarabağ Universitetinin Klinikası

Biomedikal mühəndis

Bu gün

15

Təsvir

Vəzifənin təsviri:


  • Müəssisədəki tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxış işlərini yerinə yetirmək.
  • Tibbi avadanlıqlarda yaranan texniki nasazlıqları diaqnostika etmək və təmir prosesini icra etmək və ya əlaqədar qurumlara yönləndirmək.
  • Preventiv texniki xidmət (PTX) planlarına uyğun olaraq tibbi avadanlıqlara vaxtaşırı texniki qulluq göstərmək və nəticələri sənədləşdirmək.
  • Yeni alınan tibbi avadanlıqların ilkin yoxlamasını aparmaq, istifadə qaydalarını öyrənmək və istifadəçilərə ilkin texniki dəstək göstərmək.
  • Servis şirkətləri və tədarükçülərlə texniki məsələlər üzrə gündəlik əlaqə yaratmaq və zəmanət çərçivəsində işlərin icrasını izləmək.
  • Avadanlıqların texniki sənədlərinin (istismar təlimatları, sertifikatlar, texniki pasportlar və s.) qeydiyyat və arxivləşdirilməsində iştirak etmək.
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq avadanlıqların təhlükəsiz istismarını təmin etmək.
  • Mövcud texnologiyaların işləmə vəziyyətini qiymətləndirmək və texniki təkmilləşdirmə ilə bağlı şöbə rəhbərinə təkliflər vermək.
  • Audit və yoxlamalar zamanı avadanlıqların texniki vəziyyətinə dair tələb olunan məlumatları təqdim etmək və dəstək göstərmək.
  • Əməkdaşlarla birgə işləyərək biotibbi avadanlıqların fasiləsiz işləməsini təmin etmək və xidmət proseslərini optimallaşdırmaq.
  • Gündəlik və aylıq iş hesabatlarını şöbə müdirinə təqdim etmək.


Tələblər

Namizədə tələblər:


  • Ali texniki təhsil (Biotibbi mühəndislik, Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
  • Müvafiq texniki sahədə ən az 2 il iş təcrübəsi.
  • Tibbi cihazların istismarı, texniki diaqnostikası üzrə biliklər.
  • Preventiv texniki xidmət sistemlərini planlama və sənədləşdirmə bacarığı.
  • Texniki standartlar və təhlükəsizlik tələbləri üzrə məlumatlılıq.
  • Komanda ilə işləmə, problem həll etmə və yüksək ünsiyyət bacarıqları.
  • Tibbi avadanlıqların (monitorlar, defibrilyatorlar, ventilyatorlar, lab avadanlıqları və s.) quruluşu, işləmə prinsipi və texniki qulluq prosedurları barədə biliklər.
  • Xəstəxana və ya tibbi avadanlıq təchizatı sahəsində təcrübəyə üstünlük verilir.

 

Vakansiya haqqında

Son tarix

April 29, 2026

Paylaşılıb

aprel 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər

Oxşar vakansiyalar