Data mərkəzi infrastrukturunun – server, virtuallaşdırma, məlumat saxlama, şəbəkə, təhlükəsizlik və bulud xidmətlərinin planlaşdırılması, qurulması, konfiqurasiyası, gündəlik idarə edilməsi və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
HPE ProLiant Gen11 klasterlərinin və VMware vSphere/vCenter mühitinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi.
HPE MSA SAN massivlərinin, pool/LUN və multipath konfiqurasiyalarının idarə olunması, tutum və performansın monitorinqi.
Veeam əsasında backup və Disaster Recovery (DR) mühitinin qurulması və mütəmadi bərpa testlərinin aparılması.
ToR/Core/Access kommutatorları, VLAN, LACP, marşrutlaşdırma və firewall siyasətlərinin konfiqurasiyasına dəstək göstərilməsi.
Windows Server, Active Directory, DNS, DHCP, GPO və PKI xidmətlərinin idarə edilməsi.
Entra ID Connect və Microsoft 365 xidmətlərinin (Exchange Online, Teams, SharePoint, OneDrive) administrasiyası.
CrowdStrike Falcon platformasının idarə edilməsi, endpoint hardening, zəifliklərin idarə olunması və təhlükəsizlik insidentlərinə reaksiya verilməsi.
ManageEngine həllərinin (OpManager, Endpoint Central, ServiceDesk Plus) tətbiqi və istismarının təmin edilməsi.
Yeni IT sistemləri üzrə texniki tələblərin hazırlanması, təchizatçı həllərinin qiymətləndirilməsi və quraşdırma işlərinə texniki nəzarətin həyata keçirilməsi.
HBYS/PACS/LIS sistemlərinə infrastruktur səviyyəsində dəstəyin göstərilməsi.
Şəbəkə və sistem sxemlərinin, konfiqurasiya jurnallarının, SOP-ların və avadanlıq inventarının aparılması.
24/7 iş rejiminə uyğun çağırış əsasında texniki dəstəyin göstərilməsi, helpdesk dəstəyi, insidentlərin həlli və zəruri hallarda eskalasiyanın həyata keçirilməsi.
Tələblər
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi/
VMware vSphere və vCenter üzrə bilik və praktiki təcrübə.
Windows Server və Active Directory üzrə bilik.
HPE server və storage sistemləri ilə işləmək bacarığı.
Cisco şəbəkə infrastrukturu üzrə bilik.
Microsoft 365 və Entra ID üzrə bilik və administrasiya təcrübəsi.
Veeam Backup & Replication üzrə bilik.
PowerShell ilə işləmək bacarığı.
İngilis dilini texniki sənədlərlə işləmək və yazışma aparmaq səviyyəsində bilmək.
Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı.
Zərurət yarandıqda 24/7 iş rejiminə uyğun texniki dəstək göstərmək imkanının olması.
Üstünlük hesab olunur:
Linux administrasiyası üzrə bilik.
HBYS, PACS, LIS, HL7 və DICOM üzrə bilik.
IP telefoniya və ITIL üzrə bilik.
Rus dili biliyi.
VCP-DCV, CCNA/CCNP, AZ-104, AZ-800, MS-102, HPE ATP/ASE və ya VMCE sertifikatlarından birinə və ya bir neçəsinə sahib olmaq.