Vəzifə Öhdəlikləri:
· Klinikanın brend imicini formalaşdırmaq, qorumaq və inkişaf etdirmək üçün strategiyalar hazırlamaq və onların icrası;
· Marketinq planı tərtib etmək, hədəf auditoriyaya uyğun kampaniyalar həyata keçirmək və xidmətlərin tanıtımını təmin etmək;
· Rəqəmsal marketinq alətləri ilə işləmək, sosial media hesablarını aktiv şəkildə idarə etmək;
· Xəstəxananın rəsmi veb-saytının məzmununun yenilənməsi üçün lazımi işləri icra etmək;
· Mətbuatla əlaqə qurmaq, press-relizlər yazmaq, müsahibə və media çıxışlarının təşkili;
· Daxili kommunikasiya kanallarını idarə etmək: həkim və personal üçün məlumatlandırıcı materialların yayımlanması;
· Tibbi xidmətlərin məqsədli auditoriyaya çatdırılması və brend imicinin gücləndirilməsi məqsədilə broşür, buklet, afişa və digər reklam materiallarının hazırlanmasına nəzarət etmək;
· İctimai və elmi tədbirlər (konfranslar, seminarlar, sağlamlıq günləri, donor aksiyaları və s.) planlamaq və icra etmək;
· Xəstəxana tərəfindən təşkil olunan açılış, yığıncaq, imic tədbiri və sosial məsuliyyət layihələrinin təşkili və idarə edilməsi;
· Xəstə məmnuniyyətini artırmaq məqsədilə maarifləndirici kontentlərin hazırlanması və yayımlanmasını təmin etməli;
Xəstəxananın rəhbərliyinə görülən PR və marketinq fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar təqdim etməli
Tələblər
· Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr və oxşar sahələr üzrə)
· Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (Səhiyyə, təhsil və ya digər oxşar xidmət sektorunda marketinq və kommunikasiya sahəsində təcrübə üstünlükdür)
· Azərbaycan dili – sərbəst (yazılı və şifahi ünsiyyət, qrammatika və yazı üslubu üzrə yüksək səviyyə), Xarici dil: Rus/İngilis dili (Sərbəst ünsiyyət dərəcəsi)
· Marketinq və brend idarəçiliyi üzrə nəzəri və praktik biliklər
· Xidmət sektorunda, xüsusilə səhiyyə sahəsində marketinq strategiyaları və prinsipləri haqqında anlayış
· Brendin mövqeləndirilməsi və hədəf auditoriyaya uyğun kommunikasiya strategiyalarının hazırlanması bacarığı
Son tarix
December 2, 2025
Paylaşılıb
oktyabr 23, 2025
Vakansiya növü
Tam ştat