Müxtəlif psixi sağlamlıq pozuntularından əziyyət çəkən pasiyentlərlə birbaşa işləmək və yüksək səviyyədə tibbi xidmət göstərmək.
Pasiyentin psixoloji və fiziki vəziyyətini, sosial fonunu, düşüncələrini, əvvəlki xəstəlik tarixçəsini və mövcud risk faktorlarını təhlil edərək qiymətləndirmə aparmaq.
Pasiyentlərlə aparılan bütün görüşlər, müşahidələr və qərarlar barədə ətraflı qeydiyyat aparmaq.
Digər tibb mütəxəssisləri ilə əməkdaşlıq edərək psixoloji, tibbi və sosial müdaxilələri özündə birləşdirən müvafiq müalicə planlarını hazırlamaq.
Zəruri hallarda dərman müalicəsi təyin etmək.
Müalicənin gedişatını davamlı olaraq izləmək və qiymətləndirmək.
Fiziologiya, anatomiya, psixologiya, farmakologiya və psixi sağlamlıq qanunvericiliyini dərindən bilmək, həmçinin psixi sağlamlığa təsir edən sosial amillərdən xəbərdar olmaq.
Psixiatrik tibb bacıları, psixoloqlar, terapevtlər və digər mütəxəssislərdən ibarət multidissiplinar komanda ilə sıx əməkdaşlıq etmək və ya bu komandaya rəhbərlik etmək.
Vəzifənizin səviyyəsindən asılı olaraq, gənc tibb işçilərini təlimləndirmək və onların fəaliyyətinə nəzarət etmək.
Elmi araşdırmalar aparmaq və sahə ilə bağlı yenilikləri daima izləmək.
Tələblər
Ali tibbi təhsil və psixiatriya üzrə rezidentura təhsili.
Minimum 3–5 il klinik iş təcrübəsi.
Xaricdə təhsil almış olmaq üstünlükdür.
Scopus və Web of Science kimi beynəlxalq elmi bazalarda indekslənmiş məqalələrin müəllifi olmaq üstünlük hesab olunur.
Psixiatriya sahəsində müasir diaqnostika və müalicə protokollarını bilmək.
Multidisiplinar komanda ilə işləmək bacarığı və yüksək kommunikasiya mədəniyyəti.
Mürəkkəb klinik vəziyyətlərdə qərarvermə bacarığı və emosional dözümlülük.
Pasient hüquqları, etik qaydalar və məxfilik tələbləri ilə bağlı biliyə sahib olmaq.
İngilis dilində sərbəst danışa bilmək mütləq tələblərdən biridir.