Qarabağ Universitetinin Klinikası

Statistika üzrə operator

31-07-2026

129

Təsvir

  • Elektron səhiyyə informasiya sistemlərində tibbi məlumatların düzgün və tam qeydiyyatını təmin etmək;
  • Ambulator, stasionar, laboratoriya, radiologiya və digər klinik xidmətlər üzrə statistik məlumatların toplanması və sistemləşdirilməsini həyata keçirmək;
  • Elektron sistemlərdə tibbi məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
  • Tibbi sənədlərlə elektron informasiya sistemlərindəki məlumatların uyğunluğunu yoxlamaq və uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;
  • Gündəlik, aylıq, rüblük və illik statistik hesabatların hazırlanmasında iştirak etmək;
  • Elektron səhiyyə sistemlərindən əldə olunan məlumatların təhlili və statistik hesabatların hazırlanmasına dəstək vermək;
  • Məlumat keyfiyyətinin artırılması məqsədilə yoxlamalar aparmaq və aşkar olunmuş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • Tibbi statistika və elektron səhiyyə məlumatlarının idarə olunması ilə bağlı daxili prosedurlara riayət etmək;
  • Məlumatların məxfiliyini və informasiya təhlükəsizliyi tələblərini təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.


Tələblər

Təhsil

  • Ali və ya orta ixtisas təhsili (Tibbi statistika, İctimai səhiyyə, Səhiyyə idarəçiliyi, Tibb bacısı, İnformasiya texnologiyaları, Statistika və ya digər uyğun ixtisaslar).

İş təcrübəsi

  • Elektron səhiyyə sistemləri, tibbi statistika, tibbi qeydiyyat və ya səhiyyə informasiya sistemləri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tibb müəssisəsində statistik məlumatların idarə olunması sahəsində təcrübə üstünlük hesab olunur.

Peşəkar bilik və bacarıqlar

  • Elektron səhiyyə (e-Health) informasiya sistemləri ilə işləmək bacarığı (mütləq tələb);
  • Tibbi statistika və tibbi sənədləşmə üzrə bilik;
  • Tibbi terminologiya üzrə bilik;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Statistik məlumatların emalı və təhlili üzrə ilkin biliklər.


Vakansiya haqqında

Son tarix

August 30, 2026

Paylaşılıb

iyul 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə