Qarabağ Universiteti Klinikası olaraq, insanlara xidmət edən, səhiyyənin gələcəyini formalaşdıran güclü və peşəkar bir komanda qururuq. Dəyər yaratma yolunda bizimlə birgə addımlamaq istəyirsinizsə, Sizi ailəmizə qatılmağa dəvət edirik.
Sizi nə gözləyir:
Tibb bacısı pasiyentlərə yaş, diaqnoz və klinik vəziyyətlərinə uyğun təhlükəsiz və keyfiyyətli tibbi baxımın göstərilməsində, tibbi prosedurların icrasında, həkim təyinatlarının yerinə yetirilməsində və xəsrə təhlükəsizliyinin təmin olunmasında məsul olan ixtisaslı tibb işçisidir.
- Xəstələrin həyat göstəricilərini (nəbz, arterial təzyiq, temperatur, tənəffüs, saturasiya və s.) ölçmək, müşahidə etmək və qiymətləndirmək.
- Həkim təyinatına uyğun olaraq dərmanların hazırlanması və tətbiqini (yaş və çəkiyə uyğun dozalar əsasında) icra etmək.
- Venadaxili girişlər, inyeksiyalar, infuziyalar və qan nümunələrinin götürülməsi prosedurlarını yerinə yetirmək.
- Steril sahə, aseptika və antisepsiya qaydalarına riayət etməklə tibbi prosedurları icra etmək.
- Tibbi avadanlıqların və cihazların (monitor, oksigen sistemi, nebulizator və s.) hazırlığını və düzgün istifadəsini təmin etmək.
- Oksigen terapiyası, nebulizasiya və infuziya müalicəsinin aparılmasında iştirak etmək.
- Pasiyentin klinik vəziyyətini davamlı izləmək, erkən ağırlaşma əlamətlərini aşkar edərək həkimi məlumatlandırmaq.
- Təcili vəziyyətlərdə (hipotoniya, qanaxma, allergik reaksiya, tənəffüs pozğunluğu, şok və s.) operativ reaksiya göstərmək və ilkin tibbi yardım göstərmək.
- Pasiyentin əməliyyat, prosedur və ya müalicəyə düzgün hazırlanmasını təmin etmək və sonrakı müşahidəni aparmaq.
- İnfeksiyaların qarşısının alınması, sanitar-gigiyenik və infeksion nəzarət qaydalarına riayət etmək.
- Pasiyent və yaxınları ilə etik, empatik və peşəkar ünsiyyət qurmaq, psixoloji ehtiyacları nəzərə almaq.
- Tibbi sənədləşməni, hesabat və protokolları dəqiq və vaxtında aparmaq.
- Klinik daxili qaydalara və pasiyent təhlükəsizliyi standartlarına uyğun fəaliyyət göstərmək.
- Təlim-tədris prosesində yaxından iştirak, daimi inkişaf və öyrənməyə açıq olmaq