Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
Yeməklərə, istifadə edilən məhsullara və onların yararlılıq müddətinə, habelə necə və hansı miqdarda istifadəsinə, saxlanmasına aid biliklərə malik olmaq və nəzarət etmək;
Öz işini əmək və qida təhlükəsizliyi qaydalarına və sanitariya normalarına uyğun olaraq təşkil etmək;
İş yerindəki bütün avadanlıqların, materialların və əşyaların təmizliyini və səmərəliliyini qorumaq;
Lazım olacaq ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək;
Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsünü aparmaq;
Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək və onların fəaliyyətinə nəzarət etmək;
İşlərin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl etmək.
Tələblər
Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməyi bacarmalı;
Ən azı 3 illik iş təcrübəsi;
Mətbəx heyətini idarə etmə bacarığı;
Komandada işləmək bacarığı;
Öyrənmə və özünü inkişafa, yeni üsulları və texnikaları öyrənməyə açıq və istəkli olma.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 7:00 - 16:00 (həftədə 5 dəfə);
İş yeri: Gənclik kampusu;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.