Landau Education Group
Ana səhifə
/
/
/
Mentor (Landau school - Hazırlıq Məktəbi)

Mentor (Landau school - Hazırlıq Məktəbi)

Bu gün

18

Təsvir

•     Şagirdlərin gündəlik davamiyyətini yoxlamaq, sistemə daxil etmək və dərsə gəlməyən şagirdlərin valideynləri ilə əlaqə saxlamaq;

•     Müəllimlərin şagirdlərlə bağlı gündəlik rəy və qeydlərini valideynlərlə paylaşmaq;

•     Valideynlərlə mütəmadi əlaqə saxlamaq, zəng və mesajlara operativ cavab vermək;

•     Valideynlərlə akademik rəhbərlik arasında görüşlər təyin etmək və əlaqələndirmək;

•     Zərurət olduqda şagirdlərə “support” dərsləri təyin etmək;

•     Şagirdlərin məktəbdə qarşılaşdığı təşkilati və şəxsi çətinlikləri həll etmək, zəruri hallarda valideynlərlə əlaqələndirmə aparmaq;

•     Tədbirlərin təşkili və tədbirlədə tələbələrə nəzarət aparmaq;

Valideyn müraciətlərinin peşəkar və etik qaydada cavablandırılması və istiqamətləndirilməsi.

Tələblər

  • Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə təhsil;
  • Təhsil müəssisəsində minimum 1 il iş təcrübəsi (təlim-tərbiyə və ya inzibati sahədə üstünlükdür);
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • Valideynlərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Çətin situasiyalarda çevik və təşəbbüskar yanaşma;
  • Microsoft Word, Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • Müasir təhsil yanaşmaları, davranış psixologiyası və şagirdlərlə iş üzrə əsas biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Problemlərin həlli və münaqişələrin idarə olunması bacarığı;
  • Təşkilatçılıq bacarığı və detallara diqqət;



Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 6 günlük iş rejimi. I - V günlər 08:00 - 16:00 aralığında , şənbə günləri isə 9:00 - 14:00 aralığı.
  • Peşəkar inkişaf imkanları;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Uşaqlara məktəb endirimləri.
  • İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Zabitlər parkı; Gənclik

Vakansiya haqqında

Son tarix

July 30, 2026

Paylaşılıb

iyun 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri