1C proqramında satış və müştəri ödənişləri üzrə əməliyyatların düzgün uçotunun aparılması və müvafiq mühasibat müxabirləşmələrinin verilməsi;
Bank hesabları üzrə pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, daxilolma və köçürmələrin izlənilməsi və üzləşdirilməsi;
Debitor borclarının mütəmadi izlənilməsi, təhlil edilməsi və vaxtında ödənilməsinin təmin olunması;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə və idarə olunmasına dəstək göstərilməsi;
Mühasibat və maliyyə əməliyyatlarında hesablama texnikasının və müasir informasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi;
İş prosesində yaranan maliyyə məsələlərinin araşdırılması, təhlili və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi;
Maliyyə və mühasibat uçotu ilə bağlı risklərin və uyğunsuzluqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Müəyyən edilmiş vəzifə və tapşırıqların vaxtında və doğru şəkildə yerinə yetirilməsi məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın qurulması;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətlə icra edilməsi;
Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
Satış, ödəniş və debitor borcları üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.