LANDAU School

Mühasib

29-08-2024

4.2K

Bağlanılıb

Təsvir

LANDAU School üçün Mühasib axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:


  • Gələn e-qaimələrin yoxlanılması və 1C proqram təminatına işlənilməsi;
  • Mal-materialların hərəkətinə 1C proqram təminatında nəzarət edilməsi;
  • Anbarın inventarizasiya prosesinin təşkili və həyata keçirilməsi;
  • Bütün bank əməliyyatlarının icrası və 1C proqram təminatında qeydiyyatı;
  • Təhsil haqqlarının uçotunun excel və 1C proqram təminatında aparılması;
  • Əmək haqqlarının hesablanması, ödənilməsi və 1C proqram təminatına işlənməsi;
  • ƏDV , ÖMV , Vahid bəyannamə və mənfəət vergi bəyannamələrinin təqdim edilməsi;
  • Dövlət Statistika Komitəsinə dövrü olaraq hesabatların təqdim olunması;
  • Daxili idarəetmə uçotu hesabatının hazırlanması.

Tələblər


  • Maliyyə-mühasibatlıq üzrə bakalavr təhsili;
  • Maliyyə-mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;    
  • Standart səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel);
  • Elektron portallarla işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.);
  • PMS, F3, F7 sertifikatlarının olması üstünlükdür;
  • Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
  • Normal analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
  • Könüllü tibbi sığorta;
  • Peşəkar inkişaf imkanları;
  • Uşaqlara məktəb endirimləri.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

oktyabr 8, 2024

Paylaşılıb

avqust 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil