Landau Education Group
Ana səhifə
/
/
/
Şagird qəbulu və Valideynlərlə iş üzrə mütəxəssis

Şagird qəbulu və Valideynlərlə iş üzrə mütəxəssis

21-01-2026

145

Təsvir

  • Satış planı və aylıq hədəfləri yerinə yetirmək, etik satış prinsiplərinə riayət etmək;
  • Valideynlərlə kommunikasiya, təqdimat və şagird qəbulunun artırılmasına fokuslanmaq;
  • Şagird qəbulu üçün zənglər etmək, imtahan qeydiyyatını və prosesini təşkil etmək;
  • Sosial media və digər kanallardan gələn müraciətlərə cavab verərək valideynləri LANDAU School, qəbul şərtləri və proqramlar barədə məlumatlandırmaq;
  • Valideynlərlə telefon, WhatsApp və görüşlər vasitəsilə qəbul prosesini idarə etmək;
  • ERP-də məlumatları yoxlamaq, müqavilələri hazırlamaq və imzalanmasını təmin etmək;
  • İmtahan nəticələrinə əsasən şagirdlərin qəbulunu təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Korporativ satış üzrə ən azı 1 il iş təcrübəsi mütləqdir (bank, sığorta sahələri üzrə arzu olunandır);
  • Satış, inandırma və effektiv ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi arzu olunandır;
  • Peşəkar nitq mədəniyyətinə riayət;
  • Tez adaptasiya və çevik işləmə bacarığı;
  • Stressə davamlılıq və aktiv iş mühitinə uyğunlaşma;
  • Telefon və yazılı ünsiyyətdə peşəkar davranış.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: həftədə 5 iş günü 10:00 – 19:00/09:00 – 18:00;
  • Həyat yığım sığortası;
  • Tibbi sığorta;
  • Övladların təhsili üçün endirimlər;
  • Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
  • Təlim və inkişaf proqramları;
  • Peşəkar inkişaf və karyera artımı imkanı.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

March 2, 2026

Paylaşılıb

yanvar 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil