Landau Education Group
Ana səhifə
/
/
/
Servis xidməti üzrə koordinator

Servis xidməti üzrə koordinator

Bu gün

9

Təsvir

  • Servis xidmətindən istifadə edən şagirdlərin aktual siyahısını servis xidməti göstərən şirkətdən mütəmadi olaraq əldə etmək, siyahını korpuslar üzrə qruplaşdırmaq və həftəlik əsasda müvafiq korpusların məsul şəxslərinə təqdim etmək;
  • Siyahıda hər hansı dəyişiklik baş verdikdə - yeni şagirdin nəqliyyat xidmətinə əlavə olunması və ya hər hansı şagirdin xidmətdən çıxarılması halında - məlumatları xidmət göstərən şirkətdən operativ şəkildə əldə etmək, siyahıları yeniləmək və yenilənmiş siyahını aidiyyəti korpusların məsul şəxslərinə təqdim etmək;
  • Servis xidmətindən istifadə edən şagirdlərə müvafiq ərizə formalarının təqdim edilməsini təmin etmək, valideynlər tərəfindən təsdiq edilmiş və imzalanmış ərizə formalarını qəbul etmək, onların tamlığını yoxlamaq və sənədləşmə prosesini tədris ili ərzində nəzarətdə saxlamaq;
  • Şagirdlərin qəbulu zamanı servisin gecikməsi və ya hər hansı digər səbəbdən xidmətin müəyyən edilmiş vaxtda göstərilməməsi hallarında məktəb daxilində bütün aidiyyəti və maraqlı tərəfləri vaxtında məlumatlandırmaq və zəruri koordinasiyanı həyata keçirmək;
  • Tədris hissəsi tərəfindən sorğulanmış ekskursiya xidmətlərinin təşkilini və koordinasiyasını həyata keçirmək, şagirdlər üçün müvafiq nəqliyyat vasitələrinin təyin edilməsini və ümumi ekskursiya qrafikinin müəyyənləşdirilməsini təmin etmək.

Tələblər

  • Koordinator, inzibati və ya müştəri xidməti sahəsində iş təcrübəsi;
  • Məlumatların sistemləşdirilməsi, siyahıların hazırlanması və mütəmadi yenilənməsi bacarığı;
  • Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
  • Məktəb əməkdaşları və xidmət göstərən şirkətlərlə düzgün və peşəkar kommunikasiya qurmaq bacarığı;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqları müəyyən edilmiş müddət çərçivəsində vaxtında və düzgün şəkildə icra etmək.

Vakansiya haqqında

Son tarix

October 10, 2026

Paylaşılıb

sentyabr 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri