Landau Education Group
Ana səhifə
/
/
/
Sosial fəaliyyətlər üzrə koordinator (Simurq liseyi Xırdalan kampusu)

Sosial fəaliyyətlər üzrə koordinator (Simurq liseyi Xırdalan kampusu)

13-11-2026

703

Təsvir

Simurq Liseyi komandasına yaradıcı, təşəbbüskar və təşkilatçılıq bacarığı yüksək olan Sosial fəaliyyətlər üzrə koordinator axtarır

  • Məktəbdaxili və məktəbdənkənar sosial, mədəni və maarifləndirici tədbirlərin planlaşdırılması və təşkili;
  • Bayramlar, festivallar, müsabiqələr, ekskursiyalar və digər tədbirlərin koordinasiyası;
  • Şagirdlərin sosial, yaradıcı və liderlik bacarıqlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi;
  • Məktəb klublarının, dərnəklərin və sosial təşəbbüslərin fəaliyyətinin dəstəklənməsi;
  • Tədbirlərin təşkili zamanı müəllimlər, kampus rəhbərliyi və digər struktur bölmələrlə əməkdaşlıq;
  • Tədbirlərin təşkilati və texniki hazırlığının əlaqələndirilməsi;
  • Sosial fəaliyyətlər üzrə illik planların və müvafiq hesabatların hazırlanması.


Tələblər

  • Ali təhsil;
  • Tədbirlərin təşkili, layihələrin koordinasiyası və ya təhsil sahəsində iş təcrübəsi;
  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Güclü ünsiyyət və komandada işləmə bacarığı;
  • Yaradıcı düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik;
  • Şagirdlərlə işləmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq (rus və ingilis dillərini bilmək üstünlükdür).



Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 5 günlük iş rejimi.
  • Peşəkar inkişaf imkanları;
  • Uşaqlara məktəb endirimləri.
  • İş yeri: Simurq Liseyi Xırdalan filialı

Vakansiya haqqında

Son tarix

December 13, 2026

Paylaşılıb

noyabr 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə