Mətanət A Şirkətlər Qrupu

Baş mexanik

16-10-2024

654

Təsvir

Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi;

Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;

Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət edilməsi;

Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi;

Mexaniki təmir ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;

Mexaniki təmir ilə əlaqəli hesabatların hazırlanması;

Anidən yaranan mexaniki nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;

Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin 1C sistemi üzərindən yaradılması;

Mexaniki təmir bölməsinə aid gündəlik texniki təmir qrafikinin və siyahısının qurğular dayandırılmazdan əvvəl hazırlanması;

Mexaniki qurğuların təmiri üzrə qeydiyyatların mütəmadi aparılmasının təmin edilməsi;

Texniki təmir planlarının hazırlanması;

Vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi;

Ehtiyat hissələrin anbardakı miqdarının optimallaşdırılması;

Texniki təmir planının həyata keçirilməsi;

İri miqyaslı dayanma (illik dayanma) planının hazırlanması.


Tələblər

Mexanika və ya maşınqayırma üzrə Mühəndislik sahəsindən ali bakalavr təhsili;

MS office proqramlarından istifadə bacarığı;

Mexaniki təmir işləri və planlama üzrə 5 il iş təcrübəsi.


İş şəraiti:

İş yeri: Masazır, Mətanət A istehsal müəssisəsi

İş qrafiki: 6 günlük

Nahar və servis şirkət tərəfindən təmin edilir.


Vakansiya haqqında

Son tarix

noyabr 25, 2024

Paylaşılıb

oktyabr 16, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər