Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin etmək;
ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak, Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması, şəxsi hesab vərəqəsinə nəzarət etmək;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsinə nəzarət etmək;
Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
1C proqramında silinmələri nəzarətdə saxlamaq, proqramda yaranan problemlərlə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləyərək həllini təşkil etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq həll etmək;
Yaranmış vəziyyət tələb etdikdə rəhbərlik qarşısında təşəbbüs qaldırmaq, təklikflər vermək.
Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan
Dil bilikləri: Azərbaycan (Rus və ingilis dili biliyi üstünlükdür)
Vergi Məcəlləsi və müvafiq normative hüquqi-aktlar üzrə biliyə sahib olmalı
Peşəkar Mühasib Sertifikatı mütləqdir
Riyazi hesablama aparmaq, analitik təhlil etmək qabiliyyəti
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Korporativ nömrə
İş yeri: Luxen Plaza
Maaş müsahibə nəticəsi əsasında müəyyən olunacaq.
Son tarix
dekabr 17, 2024
Paylaşılıb
noyabr 7, 2024
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr