Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Distribyutorlar üzrə Satış Müdiri

Distribyutorlar üzrə Satış Müdiri

05-06-2026

96

Təsvir

  • Şirkətin ümumi satış strategiyasına uyğun olaraq Bakı və regionlar üzrə satış planlarını hazırlamaq, icrasını təmin etmək və satış hədəflərinə nail olunmasına nəzarət etmək;
  • Məhsul qrupları üzrə aylıq, rüblük və illik satış hədəflərini müəyyənləşdirmək, bazar potensialını analiz edərək satışın artırılması istiqamətində effektiv fəaliyyət planları hazırlamaq;
  • Distribyutor satış kanallarının idarə olunmasını təmin etmək, distribyutorların performansını davamlı izləmək və satış effektivliyinin artırılması üçün inkişaf planları hazırlamaq;
  • Mövcud distribyutor şəbəkəsi ilə münasibətləri idarə etmək, yeni distribyutorların cəlb olunması və satış coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Distribyutorların stok vəziyyəti, məhsul dövriyyəsi, satış dinamikası və bazar payı göstəricilərini mütəmadi təhlil etmək və optimallaşdırıcı tədbirlər görmək;
  • Distribyutorlar vasitəsilə məhsulların satış nöqtələrində düzgün təqdimatını, mövcudluğunu və satış standartlarına uyğunluğunu təmin etmək;
  • Satış komandalarının gündəlik fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq, KPI və performans göstəricilərinə nəzarət etmək;
  • Bakı və regionlarda fəaliyyət göstərən satış nümayəndələri, supervayzerlər və distribyutor komandalarının fəaliyyətini koordinasiya etmək və effektiv idarəetməni təmin etmək;
  • Satış komandalarının peşəkar inkişafı məqsədilə təlim, mentorluq və performans inkişaf proqramları təşkil etmək;
  • Satış nöqtələrini, distribyutor anbarlarını və bazar ərazilərini mütəmadi ziyarət edərək satış proseslərinə, məhsul yerləşiminə və bazar vəziyyətinə nəzarət etmək;
  • Müştəri ehtiyaclarını və bazar tələblərini təhlil etmək, müştəri məmnuniyyətinin artırılması və uzunmüddətli əməkdaşlığın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Yeni potensial müştərilər, topdan satış nöqtələri və strateji tərəfdaşlıqlar müəyyənləşdirərək müştəri bazasının genişləndirilməsini təmin etmək;
  • Rəqib şirkətlərin satış fəaliyyəti, qiymət siyasəti, distribyutor strukturu və bazar tendensiyaları barədə məlumat toplamaq, təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək;
  • Məhsulun satış həcmini artırmaq məqsədilə kampaniyalar, təşviq proqramları, trade marketing və satış aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
  • Satış proqnozları hazırlamaq, satış nəticələrini analiz etmək və nəticələrə əsasən strategiyaları yeniləmək;
  • Distribyutor sifarişlərinin düzgün planlanmasına, məhsul ehtiyatlarının optimallaşdırılmasına və logistika prosesləri ilə koordinasiyaya nəzarət etmək;
  • Debitor borclarına nəzarət etmək, distribyutor və müştərilər üzrə ödəniş intizamını izləmək və risklərin minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
  • Satış fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatlar hazırlamaq, satış göstəricilərini təhlil edərək rəhbərliyə təqdim etmək;
  • Bazar və satış dinamikasını davamlı izləmək, əldə olunan nəticələrə əsasən inkişaf yönümlü təkliflər hazırlamaq və tətbiqini təmin etmək;
  • Müştərilər, distribyutorlar və satış komandaları ilə mütəmadi üzbəüz görüşlər keçirmək, əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsini təmin etmək;
  • Şirkətin satış siyasətinə, korporativ standartlara və kommersiya prinsiplərinə uyğun fəaliyyət göstərmək. 


Tələblər

Təhsil: Ali / Bakalavr / Magistr

Yaş həddi: min 30 - max 50 yaş

İş təcrübəsi: min 3 il

Kompüter biliyi: Microsoft office / Excel yaxşı

Şəxsi avtomobil-mütləqdir

Ölkədaxili ezamiyyət imkanları



Dil bilikləri

Azərbaycan dili (ana dili).

İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).



Şəxsi keyfiyyətlər

Güclü liderlik və Kollektivi idarəetmə bacarığı. Məhsuliyyətli, dinamik

Sərbəst və səlis ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).

Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.

Strateji və analitik düşüncə tərzi.



İş şəraiti

5 günlük iş rejimi (şənbə, bazar istirahət)

Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)



Biz nə təklif edirik

Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

Şəhərin mərkəzində ofis

Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya haqqında

Son tarix

July 5, 2026

Paylaşılıb

iyun 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri