Zavodun elektrik sistemlərinin və avadanlıqlarının fasiləsiz, dayanıqlı iş rejimini təmin etmək;
Elektrik avadanlıqlarına nəzarət etmək, planlı (profilaktik) və plandanxaric təmir işlərini təşkil və həyata keçirmək;
Yaranmış elektrik qüsurlarını və nasazlıqlarını vaxtında aşkar edib aradan qaldırmaq;
Elektrik sistemlərinin, komponentlərinin və avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, quraşdırılması, istismarı və modul/komponent səviyyəsində təmirini həyata keçirmək;
Avadanlıqların iş şəraitini öyrənmək, vaxtından tez köhnəlmə səbəblərini aşkar etmək, elektrik enerjisi itkilərini araşdırmaq və qaşısını almaq üçün tədbirlər görrmək;
Görülmüş işlər barəsində mütəmadi olaraq müvafiq qeydlər və hesabatlar aparmaq;
Təmir işlərinin həyata keçirilməsi üçün zəruri olan material və ehtiyyat hissələrinin sifarişlərinin verilməsində iştirak etmək.
Tələblər
Təhsil: Ali və ya orta ixtisas təhlili;
İş təcrübəsi: 2 il;
Yaş həddi: 25-50 yaş;
Sertifikatların olması arzuolunandır;
Elektrik mühərrikləri, aparatları və avtomatika cihazları haqqında geniş bilik və praktiki iş təcrübəsi;
Elektrik sxemlərini mükəmməl şəkildə oxumaq və təhlil etmək bacarığı;
Elektrik avadanlıqlarının təmiri və quraşdırılması zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
Elektrik sistemlərindəki texniki nasazlıqları qısa müddətdə müəyyən etmək və effektiv həll yolları tapmaq qabiliyyəti;
Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
İstirahət: Bazar günü.
Biz nə təklif edirik:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.