Mətanət A Şirkətlər Qrupu

Elektrik (Azvul Zavodu)

Bu gün

12

Təsvir

  • Zavodun elektrik sistemlərinin və avadanlıqlarının fasiləsiz, dayanıqlı iş rejimini təmin etmək;
  • Elektrik avadanlıqlarına nəzarət etmək, planlı (profilaktik) və plandanxaric təmir işlərini təşkil və həyata keçirmək;
  • Yaranmış elektrik qüsurlarını və nasazlıqlarını vaxtında aşkar edib aradan qaldırmaq;
  • Elektrik sistemlərinin, komponentlərinin və avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, quraşdırılması, istismarı və modul/komponent səviyyəsində təmirini həyata keçirmək;
  • Avadanlıqların iş şəraitini öyrənmək, vaxtından tez köhnəlmə səbəblərini aşkar etmək, elektrik enerjisi itkilərini araşdırmaq və qaşısını almaq üçün tədbirlər görrmək;
  • Görülmüş işlər barəsində mütəmadi olaraq müvafiq qeydlər və hesabatlar aparmaq;
  • Təmir işlərinin həyata keçirilməsi üçün zəruri olan material və ehtiyyat hissələrinin sifarişlərinin verilməsində iştirak etmək.

Tələblər

  • Təhsil: Ali və ya orta ixtisas təhlili;
  • İş təcrübəsi: 2 il;
  • Yaş həddi: 25-50 yaş;
  • Sertifikatların olması arzuolunandır;
  • Elektrik mühərrikləri, aparatları və avtomatika cihazları haqqında geniş bilik və praktiki iş təcrübəsi;
  • Elektrik sxemlərini mükəmməl şəkildə oxumaq və təhlil etmək bacarığı;
  • Elektrik avadanlıqlarının təmiri və quraşdırılması zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
  • Elektrik sistemlərindəki texniki nasazlıqları qısa müddətdə müəyyən etmək və effektiv həll yolları tapmaq qabiliyyəti;
  • Ölkədaxili ezamiyyət imkanları.


İş şəraiti:

  • İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
  • İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
  • İstirahət: Bazar günü.


Biz nə təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.

Vakansiya haqqında

Son tarix

August 12, 2026

Paylaşılıb

iyul 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı