Mətanət A Şirkətlər Qrupu

Energetik

Bu gün

63

Təsvir

2.1.Müəssisənin elektrik və enerji təsərrüfatının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək.

2.2. Enerji sistemlərinin (elektrik, su, qaz, istilik, kompressor və s.) iş rejiminə nəzarət və optimallaşdırmaq.

2.3. Elektrik avadanlıqlarının (transformatorlar, paylayıcı qurğular, generatorlar və s.) texniki baxış və xidmət işlərinin təşkil olunması.

2.4. Enerji sərfiyyatının analizi və qənaət məqsədilə tədbirlərin hazırlanması.

2.5. Mövcud enerji xətlərində və avadanlıqlarda nasazlıqların müəyyən edilərək aradan qaldırılması prosesinə rəhbərlik.

2.6. Yeni elektrik avadanlıqlarının və xətlərin quraşdırılması, istismara verilməsi və sınaq işlərində iştirak.

2.7. Enerji sxemlərinin, hesabatların və texniki sənədlərin hazırlanması və yenilənməsi.

2.8. Enerji istehlakının aylıq/illik hesabatlarının hazırlanması.

2.9. Fövqəladə situasiyalarda enerji təchizatının təhlükəsiz söndürülməsi və bərpası prosesinin idarə edilməsi.

2.10. Müəssisənin enerji təsərrüfatına dair normativ tələblərə riayət olunmasına nəzarət.

2.11. İstehsalın fasiləsizliyini təmin etməq məqsədi ilə proflaktik təmir işlərinin planlaşdırılması və onun təşkil edilməsi

2.12. İş yerində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya normalarını qaydalarına ciddi riayət etmək.

2.13.   Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi;
  • İstesalat sahəsində çalışmış namizədlərə üstünlük veriləcəkdir.


İş şəraiti:

 

  • İş rejimi: 6 günlük iş rejimi (Şənbə qısaldılmış iş günü)
  • İstirahət günü: Bazar günü
  • İş yeri: Ağdağ Gips Zavodu (Qaradağ rayonu, Salyan şossesi, 27-ci km).


Vakansiya haqqında

Son tarix

March 11, 2026

Paylaşılıb

yanvar 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı