Müəssisənin elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə qəzasız, fasiləsiz təminatını təmin edilməsi;
Elektrik avadanlığının, havalandırma sistemlərinin, qazla işləyən avadanlıqların, su təchizatı və kanalizasiya sistemlərinin etibarlı, qənaətli, texniki cəhətdən düzgün və təhlükəsiz istismarını təmin edilməsi;
Avadanlığının və şəbəkələrinin təmir qrafiklərini vaxtlı-vaxtında tərtibi;
İstismar işçilərinə nasazlıqların və qəzaların qarşısının sürətlə alınması və aradan qaldırılması üsul və metodları təliminin verilməsi üçün iş yerlərində qəza əleyhinə təlimlərin keçilməsini təmin edilməsi;
Elektrik enerjisi, buxar, qaz, sıxılmış hava istehlakı, bütün enerji növlərinin sərfiyyatı normaları və istehlak rejimləri planlarını işləyib hazırlaması;
Enerji avadanlığının istismarı üçün tələb olunan avadanlıq, material və ehtiyat hissələri üçün sifarişləri vaxtlı-vaxtında tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
Elektrik avadanlığının, elektrotexniki qoruyucu vasitələrin, təzyiqli boruların, buxar boru kəmərlərinin, texnoloji boru kəmərlərinin sınaqlarının müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarəti;
Tabeçiliyində olan işçilərin biliklərinin yoxlanılması və mütəmadi olaraq təlimatlandırılması.
Təhsil: Ali
İş təcrübəsi: 5 il iş təcrübəsi
Yaş həddi: 35-55 yaş
Dil bilikləri: Rus və İngilis dili dilləri üstünlükdür
Kompüter bilikləri: Microsoft Office proqramları, AutoCad, Archicad , PDMS
İş şəraiti:
İş saatı: 09-00-dan 17-00-dək; şənbə qısaldılmış iş günü.
İstirahət: bazar günü.
İş yeri – Layihəyə uyğun.
Korporativ nömrə verilir.
Son tarix
yanvar 2, 2025
Paylaşılıb
noyabr 23, 2024
Vakansiya növü
Tam ştat