Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
İctimaiyyətlə Əlaqələr şöbə müdiri

İctimaiyyətlə Əlaqələr şöbə müdiri

06-03-2025

150

Təsvir

Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq;

PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək;

Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək;

Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək;

Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək;

Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək;

Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq;

Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq;

Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək;

Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək;

Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək;

Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq;

Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək;

PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək;

Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq;

PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq;

Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək.


 

 

Tələblər


İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil;

PR və kommunikasiya sahəsində 5 illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);

PR alətləri və texnologiyaları üzrə bilik;

Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə;

Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə;

Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).



Şəxsi Keyfiyyətlər:


Güclü liderlik və idarəetmə bacarığı;

Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi);

Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti;

Strateji və analitik düşüncə tərzi.

 

İş şəraiti:


İş yeri: Luxen Plaza;

İş qrafiki: 5 günlük;

İstirahət: Şənbə və bazar günü;

Korporativ nömrə; 

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Vakansiya haqqında

Son tarix

April 5, 2025

Paylaşılıb

mart 6, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Magistr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr