Şöbənin fəaliyyətinin təşkili — tapşırıqların planlaşdırılması, işçilər arasında bölüşdürülməsi və icrasına nəzarət.
Proses standartlarının hazırlanması və tətbiqi — şirkətdəki bütün istehsal və biznes proseslərinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün metodikaların, prosedurların hazırlanması.
Proseslərin analizi — proseslərin effektivliyinin təhlili, zəif nöqtələrin və uyğunsuzluqların aşkarlanması.
Daxili auditlərin keçirilməsi — şirkət daxilində proseslərin standartlara uyğunluğunu yoxlamaq üçün planlı auditlərin təşkil olunması.
Korrektiv və preventiv tədbirlərin işlənib hazırlanması — aşkarlanan problemlərin səbəblərinin aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması.
Ştrukturlala əməkdaşlıq — istehsalat, logistika, insan resursları, satış və digər strukturlarla keyfiyyətin artırılması üçün birgə işlərin təşkili.
Proses optimallaşdırma layihələrində iştirak — məhsuldarlığın artırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətinin yüksəldilməsi üçün yeni təşəbbüslərin həyata keçirilməsi.
Rəhbərliyə hesabatların hazırlanması — proseslərin vəziyyəti və görülən tədbirlərin nəticələri barədə müntəzəm hesabatların təqdim olunması.
Xarici audit və sertifikatlaşdırma proseslərində iştirak — şirkətin beynəlxalq standartlara uyğunluğunu təmin etmək və sertifikatlaşdırma üçün hazırlıq işləri.
Komandanın idarə olunması — şöbə əməkdaşlarının seçilməsi, təlimi və inkişafının təşkili.
Tələblər
Ali təhsil (İqtisadiyyat);
Keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;
Biznes proseslərinin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
Peşəkar ünsiyyət psixologiyasını bilməli.
İş şəraiti:
5günlük
İstirahət şənbə və bazar günü
Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)