Mətanət A Şirkətlər Qrupu

Laborant (Azvul Zavodu)

Bu gün

113

Təsvir

  • Zavoda daxil olan süxurların və digər kimyəvi materialların fiziki-kimyəvi göstəricilərini analiz etməklə xammala giriş nəzarətini həyata keçirmək.
  • İstehsal xəttinə verilən baklava məhlulunun konsentrasiyasını və temperaturunu, həmçinin sentrifuqadan keçən mineral liflərin orta diametrini və liflənməmiş hissəciklərin faizini mütəmadi olaraq ölçmək.
  • Polimerləşmə kamerasından çıxan daş yunu qatının qalınlığını, sıxlığını və yapışqan paylanmasını yoxlamaqla istehsal prosesinə operativ nəzarət etmək.
  • Hazır plitə və rulonların həndəsi ölçülərini, həcm çəkisini (kq/m³), sıxılma və layların qopmaya qarşı mexaniki möhkəmlik göstəricilərini EN 13162 və DÜİST standartlarına uyğun olaraq sınaqdan keçirmək.
  • Məhsulun suudma qabiliyyətini, hidrofobluq dərəcəsini, istilikkeçirmə əmsalını (λ) və mufel sobasında yandırma üsulu ilə tərkibindəki üzvi bağlayıcı maddələrin miqdarını təyin etmək.
  • Laboratoriya cihazlarının (sıxılma presi, mufel sobası, tərəzi, lambda-metr və s.) gündəlik sazlığını və kalibrlənməsini nəzarətdə saxlamaq.
  • Sınaqlardan uğurla keçən məhsul partiyaları üzrə keyfiyyət pasportlarını tərtib etmək.
  • Standartlardan kənarlaşma aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və uyğunsuz məhsulların istehsal və dövriyyəyə buraxılmasının qarşısını almaq məqsədilə onların bloklanmasını təmin etmək.

Tələblər

  • Təhsil: Ali (Kimya sahəsi üzrə);
  • İş təcrübəsi: Sənaye müəssisələrində və ya istehsalat laboratoriyalarında (ən azı tikinti materialları, qrup zavodları və ya kimya sektorunda) minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis;
  • Kompüter bilikləri: Ofis proqramları;


İş şəraiti:

  • İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
  • İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
  • İstirahət: Bazar günü.


Biz nə təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.


Vakansiya haqqında

Son tarix

December 27, 2026

Paylaşılıb

noyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər