Mağaza meneceri mağazanın ümumi fəaliyyətinə rəhbərlik edir, satış prosesinə nəzarət edir və mağazanın müəyyən olunmuş plan və göstəricilər əsasında səmərəli fəaliyyətini təmin edir;
Mağazanın satış planının yerinə yetirilməsinə cavabdehdir, satış hədəflərinin icrasını izləyir və analiz edir;
Satıcıların işinə nəzarət edir, onların motivasiyasını təmin edir və satış bacarıqlarını artırılması istiqamətində təlimlər keçirir;
Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət standartlarına riayət olunmasını təmin edir;
Şikayət və müraciətlərin operativ və peşəkar şəkildə həllini təşkil edir;
Malların qəbulunu, yerləşdirilməsini, sayımını və düzgün saxlanmasını təşkil edir;
Məhsul qalığının optimal səviyyədə saxlanmasına və vaxtında sifarişlərin verilməsinə cavabdehdir;
Məhsulun keyfiyyətinə, qablaşdırmasına, qiymət nişanlarının düzgünlüyünə nəzarət edir;
İtki, korlanma və inventar fərqlərinin qarşısını almaq məqsədilə daimi nəzarət aparır;
Kassa əməliyyatlarının düzgün aparılmasına və gündəlik hesabların uyğunluğuna nəzarət edir;
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir;
Satış əməliyyatlarının və maliyyə sənədlərinin (qəbz, qaimə, çek və s.) düzgünlüyünü təmin edir;
Mağaza heyətinin iş qrafikini tərtib edir və əmək intizamına nəzarət edir;
Yeni əməkdaşların adaptasiyası, təlimi və inkişafını təşkil edir;
Komanda ruhunun formalaşdırılması və işçilərin motivasiyasının artırılması istiqamətində tədbirlər görür;
Mağazanın texniki təhlükəsizliyinə, yanğın təhlükəsizliyi qaydalarına və sanitariya tələblərinə riayət olunmasına nəzarət edir;
Mağazanın təmizliyi, avadanlıqların saz vəziyyətdə saxlanılması və texniki problemlərin operativ həlli üçün tədbirlər görür;
Oğurluq və digər risklərin qarşısının alınması məqsədilə təhlükəsizlik sistemlərinə nəzarət edir;
Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir;
Şirkətin daxili qaydalarına, etik davranış və korporativ standartlarına əməl edir;
Mağazanın fəaliyyətinə dair təkliflər hazırlayır və idarəetmənin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.
Tələblər
Təhsil: Orta/ali
Yaş həddi: 25-45
Kompüter biliyi: MS Office, 1C və MS Excel proqramları yüksək səviyyədə;
İş təcrübəsi: Minimum 2 il müvafiq sahədə;
Dillər: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)