Qaynaq tikişlərinin təmizlənməsi və vizual yoxlanılması;
Metal səthlərin, tikiş kənarlarının (beveling) qaynağa hazırlanması, pas və yağdan təmizlənməsi;
Qaynaq avadanlıqlarının və alətlərin gündəlik texniki baxşını həyat keçirmək və saz halda saxlamaq;
Elektrodların, tellərin və qazların doğru seçilməsi və saxlanma şəraitinə riayət olunması:
Qaynaq proseduru spesifikasiyasına (WPS) tam əməl etmək;
Çertyojları, mexaniki sxemləri və montaj təlimatlarını oxumaq;
Şəxsi mühafizə vasitələrindən düzgün istifadə etmək;
Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və qapalı məkanda iş qaydalarına riayət etmək.
Tələblər
Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil;
Təcrübə: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Təlimlər və sertifikatlar arzuolunandır;
Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir;
Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli;
Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli;
Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).