
Bu gün
162
1. İşlə başlayarkən növbəni təhvil almaq və növbəni təhvil alarkən sistemə vizual baxış keçirmək və aşkar edilmiş qüsurlar barəsində aidiyyatı üzrə xəbər vermək və qüsurun aradan qaldırılmasına nəzarət etmək
2. İstehsalat avadanlıqlarının və texnoloji xətlərin işinə idarəetmə pultu vasitəsilə nəzarət etmək və onların düzgün, fasiləsiz işləməsini təmin etmək.
3. İstehsal prosesin gedişini və sitemin işləmə prossesini sxemlər, göstəricilər, siqnallar və cihazlar üzrə izləmək, normadan kənar hallar aşkar edildikdə vaxtında tədbir görmək.
4. İdaretmə pultu otağında olan cihaz və avadanlıqların sazlığına nəzarət etmək
5. Avadanlıqların iş rejimlərini idarəetmə pultundan tənzimləmək, temperatur, təzyiq, sürət, məhsul axını kimi parametrləri normada saxlamaq.
6. Sistemdən kənara çıxma, qəza və nasazlıqlar baş verdikdə dərhal baş opertora və aidiyyatı üzrə şöbə rəhbərlərinə məlumat vermək, təlimata uyğun hərəkət etmək.
7. Avadanlıqların işə salınması və dayandırılması əməliyyatlarını müəyyən edilmiş ardıcıllıqla və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək.
8. İşə dair jurnalların və qeydiyyat sənədlərinin düzgün aparılmasını təmin etmək (göstəricilərin, siqnalların, nasazlıqların qeydiyyatı və s.).
9. İdarəetmə pultunun, rabitə vasitələrinin, ölçü cihazlarının və siqnal sistemlərinin saz vəziyyətdə saxlanmasına nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə baş operatora məlumat vermək və lazımi jurnallarda müvafiq qeydlər aparmaqla imzalamaq
10. Texniki təhlükəsizlik, yanğından mühafizə və əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına ciddi əməl etmək, qəza hallarında təlimata uyğun davranmaq.
11. İstehsalat prosesində keyfiyyət və səmərəliliyin artırılması məqsədilə təkliflər vermək, iş rejimlərinin optimallaşdırılmasında iştirak etmək.
12. Növbəni təhvil və təhvilalma zamanı avadanlıqların və pultun vəziyyəti haqqında tam məlumat vermək və qəbul etmək.
13. Sahə üzrə avadanlıqların və ərazinin təmizlənməsinə nəzarət etmək
14. Avadanlıqları işə salımadan öncə istehsala hazırlığının və təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək
15. İstənilən avadanlıq və ya sistemi işə saldıqda 1 nəfər sahə operatorunun sahədə avadanlıqları və ya sistemi kontrol etdiyindən əmin olmalı və ondan “İşə sal” təsdiqi aldıqdan sonra sistemi təhlükəsiz formada işə salmalı əgər hər hansı təhlükə haqqında şübhə yaranarsa sistemi işə salmamalıdır.
16. Növbəni təhvi aldıqda və ya təhvil verikdə avadanlıqları sahədə tək-tək kontrol etməli, elktriki və mexaniki nasazlıq aşkarlanarsa bu barədə dərhal baş operatora məlumat verməklə lazımi jurnalrda müvafiq qeydlər aparmaqla imzalamalıdır
17. Ona təhkim olunmuş sahədə olan avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək;
18. SƏTƏM qaydalarına əməl etmək
19. Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası
Yanğın təhlükəsiziliyi qaydalarına əməl etmək
a. Təhsil – Ali, Orta və ya orta texniki təhsil (istehsalat, proseslərin idarə olunması və s.) sahədə təhsil üstünlükdür.
b. İdarəetmə pultu operatoru və ya oxşar vəzifədə azı 1 il iş təcrübəsi;
c. Müəssisədə tətbiq olunan texnoloji proseslərin və avadanlıqların iş prinsiplərini bilmək
d. İdarəetmə pultlarının və zavoddaxili nəzarət sistemlərinin quruluşu və iş prinsiplərini bilmək
e. Texnoloji rejimlərin idarə olunması və tənzimlənməsi qaydalarını bilmək
f. Qəza və fövqəladə vəziyyətlərdə davranış təlimatlarnı bilmək
g. Texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarını bilmək.
İş şəraiti:
Son tarix
March 11, 2026
Paylaşılıb
yanvar 30, 2026
Vakansiya növü
Tam ştat