Mətanət A Şirkətlər Qrupu

Planlama üzrə mütəxəssis

Bu gün

16

Təsvir

  • Satış proqnozları və daxil olan sifarişlər əsasında gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanmasında iştirak etmək;
  • İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq və satınalma şöbəsinə təqdim etmək;
  • Hazır məhsul və xammal stoklarını gündəlik izləmək, minimum və maksimum ehtiyat səviyyələrinə nəzarət etmək;
  • Satış, istehsalat, satınalma, logistika və anbar şöbələri ilə planlama üzrə məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;
  • İstehsal planlarının faktiki icrasını izləmək, plan və fakt göstəriciləri arasındakı fərqləri təhlil etmək;
  • Satış proqnozları ilə faktiki satışları müqayisə etmək, tələbatdakı dəyişiklikləri müəyyən etmək;
  • Artıq stokların yaranmasının və məhsul çatışmazlığının qarşısını almaq üçün müvafiq təkliflər hazırlamaq;
  • Xammal çatışmazlığı, istehsal gecikmələri və sifariş dəyişiklikləri barədə aidiyyəti şöbələri vaxtında məlumatlandırmaq;
  • Anbarların mövcud tutumunu və məhsulların dövriyyəsini nəzərə alaraq məhsul ehtiyatlarının planlaşdırılmasında iştirak etmək.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: 1-3 il;
  • Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook);
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;


Şəxsi Keyfiyyətlər:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.


İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.


Biz nə təklif edirik:          

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya haqqında

Son tarix

November 19, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər