Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Rəqəmsal marketinq üzrə menecer

Rəqəmsal marketinq üzrə menecer

08-12-2025

234

Təsvir

  • Şirkətin ümumi məqsədlərinə uyğun rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası;
  • Rəqəmsal marketinq planlarının (illik/aylıq/həftəlik) hazırlanması və performans göstəricilərinə uyğun idarə olunması;
  • Rəqəmsal kampaniyaların planlaşdırılması, büdcələndirilməsi və optimallaşdırılması.
  • SEO strategiyasının hazırlanması və tətbiqi (On-page, Off-page, texniki SEO);
  • Sayt üzrə analitik göstəricilərin izlənməsi və performans hesabatlarının hazırlanması;
  • Kontent planlama və koordinasiya;
  • Sosial media reklamlarının qurulması və optimallaşdırılması.
  • Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının yaradılması və idarə olunması;
  • Reklam performansının mütəmadi izlənməsi, optimallaşdırılması və hesabatların hazırlanması;
  • Remarketing strategiyalarının hazırlanması.
  • Brendin onlayn tanınma səviyyəsinin artırılması üçün planların hazırlanması və icrası;
  • Kontent marketinqi, video marketinq və influencer əməkdaşlıqlarının təşkili;
  • Brendin rəqəmsal imicinin qorunması və vahid kommunikasiya dilinin təmin edilməsi;
  • Kreativ kontent ideyalarının hazırlanması və onların dizayn komandasına yönləndirilməsi;
  • Reklam və tanıtım materiallarının hazırlanmasına rəhbərlik etmək;
  • Kontentin keyfiyyətinə, düzgünlüyünə nəzarət.

Tələblər

  • Marketinq, Biznes idarəçiliyi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqədar sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • SEO, sosial media idarəçiliyi, Google Ads, Meta Ads və digər rəqəmsal kampaniya platformaları ilə işləmə təcrübəsi.
  • Rəqəmsal marketinq strategiyası hazırlamaq və həyata keçirmək bacarığı;
  • Bazar, rəqib və hədəf kütlə araşdırması aparmaq bacarığı;
  • Kampaniyaların nəticələrini analiz edərək optimallaşdırma üzrə təkliflər vermək.
  • Yaradıcı düşüncə və innovativ yanaşma;
  • Güclü analitik düşüncə və məlumatlarla işləmə bacarığı;
  • Komanda ilə effektiv əməkdaşlıq etmə və kommunikasiya bacarığı;
  • Detallara diqqətli olmaq və işə məsuliyyətli yanaşmaq;
  • Yeni trendləri izləmə və daim özünü inkişaf etdirmə istəyi.


Biz nə təklif edirik:          



  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Şəhərin mərkəzində ofis;
  • Bonus sistemi;
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya haqqında

Son tarix

January 17, 2026

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr