İstehsalat tapşırıqlarının yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir
İstehsalat sahəsinə nəzarət
İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır.
İstehsalatın fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir,
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir.
Avadanlıqların düzgün istifadəsinə, əməyin təhlükəsizliyinə nəzarət etmək və işçilərə təlimatlar vermək
stehsal prosesinin müəyyən növbə üzrə düzgün təşkili və nəzarətinin həyata keçirilməsi.
İstehsalat sahəsində növbə zamanı personalın işini əlaqələndirmək və istehsal planına uyğun icranı təmin etmək.
İşçilər arasında tapşırıqların düzgün bölüşdürülməsi və yerinə yetirilməsinə nəzarət.
İstehsal olunan məhsulun keyfiyyətinin müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması.
İstehsal avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək üçün texniki qulluq və profilaktik təmirin planlaşdırılması və həyata keçirilməsi.
İstehsalat zamanı yaranan texniki və təşkilati problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ şəkildə aradan qaldırılması.
İstehsal göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması.
Tələblər
Təhsili: Müvafiq sahə üzrə ali ixtisas təhsili
Təcrübə: Müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı
İstehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir
İstehsalat prosesləri və texnologiyaları haqqında biliklər;
Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri;
Problemlərin həllində çevik və analitik yanaşma;
Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq.
İş şəraiti:
6 günlük iş qrafiki (6-cı gün qısa iş günü)
İstirahət günü: Bazar günü
Qeyd: Xırdalan və Masazır ərazisi istiqamətində yaşayanlara üstünlük veriləcəkdir.
Biz nə təklif edirik;
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)