Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
Ümumi tikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.