Mətanət A Şirkətlər Qrupu

Xarici satış müdiri

05-06-2026

105

Təsvir

  • · Şirkətin beynəlxalq satış strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • · MDB, Yaxın Şərq, Mərkəzi Asiya, Körfəz ölkələri və digər hədəf bazarlar üzrə bazar araşdırmaları aparmaq, yeni ixrac imkanlarını müəyyənləşdirmək;
  • · Şirkətin quru və maye tikinti materiallarının xarici bazarlarda satışını təşkil etmək və satış həcminin artırılması istiqamətində fəaliyyət göstərmək;
  • · Yeni xarici distribyutorlar, dilerlər, topdan satış tərəfdaşları və strateji müştərilər cəlb etmək;
  • · Xarici bazarlarda distribyutor şəbəkəsinin qurulmasını, idarə edilməsini və inkişaf etdirilməsini təmin etmək;
  • · Distribyutor performansını mütəmadi analiz etmək, satış göstəricilərinə əsasən inkişaf planları hazırlamaq və icrasına nəzarət etmək;
  • · Beynəlxalq satış müqavilələrinin hazırlanması, kommersiya şərtlərinin razılaşdırılması və danışıqlar prosesini idarə etmək;
  • · İxrac satışları üzrə qiymət siyasətini hazırlamaq, bazar rəqabətini analiz edərək optimal satış strategiyaları formalaşdırmaq;
  • · Xarici bazarlarda rəqib şirkətləri, məhsul qiymətlərini, bazar paylarını və sektor trendlərini təhlil etmək;
  • · Məhsulların beynəlxalq bazarlarda düzgün mövqeləndirilməsi və brend tanıtımı üzrə təkliflər vermək;
  • · Xarici sərgilərdə, beynəlxalq biznes forumlarda və B2B görüşlərdə şirkəti təmsil etmək, yeni əməkdaşlıqlar qurmaq;
  • · Xarici müştərilər ilə uzunmüddətli və dayanıqlı biznes münasibətlərinin formalaşdırılmasını təmin etmək;
  • · Satış proqnozları hazırlamaq, ixrac planlamasını həyata keçirmək və satış nəticələrini təhlil etmək;
  • · İxrac əməliyyatlarının logistika, gömrük və sənədləşmə prosesləri ilə koordinasiyalı şəkildə idarə olunmasını təmin etmək;
  • · Məhsulların xarici bazar standartlarına və sertifikasiya tələblərinə uyğunluğunu izləmək və aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
  • · Debitor borclarına nəzarət etmək, ödəniş intizamını izləmək və kommersiya risklərini minimuma endirmək;
  • · Xarici satış fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • · Satış nəticələrinə uyğun olaraq yeni bazar genişlənməsi strategiyaları və inkişaf təklifləri hazırlamaq;
  • · Şirkətin beynəlxalq bazarlardakı satış hədəflərinə çatmasını təmin etmək məqsədilə nəticəyönümlü idarəetmə həyata keçirmək.

Tələblər

Təhsil: Ali / Bakalavr / Magistr

Yaş həddi: min 30 - max 50 yaş

İş təcrübəsi: 5 il

Kompüter biliyi: Microsoft office / Excel yaxşı

Ölkəxarici və ölkəxarici ezamiyyət imkanları

Şəxsi avtomobil-mütləqdir



Dil bilikləri

Azərbaycan dili (ana dili).

İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı



Şəxsi keyfiyyətlər

Güclü liderlik bacarığı , məhsuliyyətli, dinamik

Kollektivi idarəetmə bacarığı. 

Sərbəst və səlis ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).

Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.

Strateji və analitik düşüncə tərzi.



İş şəraiti

5 günlük iş rejimi (şənbə, bazar istirahət)

Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)



Biz nə təklif edirik

Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

Şəhərin mərkəzində ofis

Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya haqqında

Son tarix

July 5, 2026

Paylaşılıb

iyun 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri