MKT İK MMC
Ana səhifə
/
/
/
Baş aqronom (Beyləqan filialı)

Baş aqronom (Beyləqan filialı)

30-08-2024

113

Təsvir

  • Əkinə yararlı torpaqların seçilməsinə nəzarət etmək;
  • Aqronom və ərazi nümayəndələrinin işinə daima nəzarət etmək;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və torpaqların münbitliyinin artırılması istiqamətində aqrotexniki tədbirlər hazırlamaq;
  • Toxum fondlarını yaratmaq, yüksək keyfiyyətli cins toxum və əkin materiallarının yetişdirilməsi işlərini təşkil etmək;
  • Əkinlərə qulluq üçün təqvim qrafiki hazırlamaq;
  • Fermerlərlə daima təmasda olmalı və onlara bütün növ aqrotexniki tədbirlər barədə göstəriş və izahlar vermək;
  • Ziyanvericilərlə mübarizədə çeviklik nümayiş etdirməli və tabeliyində olan şəxsi heyəti dərhal səfərbər etmək;
  • Xidmət etdiyi sahədə aqrotexniki və hər növ bitki üzrə texnoloji qaydaları həyata keçirmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün lazımı tədbirlərin görülməsini təşkil etmək;
  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kiməvi maddələrdən düzgün istifadəni təmin etmək;
  • Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarıın yerinə yetirilməsinə nəzarət etmək;
  • Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak etmək;
  • Əkin sahələrində aprovasiyanın keçirilməsinə nəzarət etməklə həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparmaq.


Tələblər

Təhsil : Ali

Təcrübə : 5 il

Dil Bilikləri : Azərbaycan dili, Rus dili

Texniki Bilikləri:

1.     Sahələrin və bağların becərilməsinin qabaqcıl metodları haqqında məlumatli olmaq;

2.     Zərərvericilər, bitkilərin xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyasını bilmək;

3.     Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

4.     Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

5.     Məntiqi düşünmə, dəyərləndirmə və vaxtında doğru qərar qəbul etməyi bilmək;

6.     Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmaq;

7.   Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və

irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilmək.

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2024

Paylaşılıb

avqust 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı