Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlamaq və lazımi tədbirlərin görülməsinə qərar vermək;
Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin etmək;
Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət etmək;
İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etmək;
Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək;
Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil etmək;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırmaq;
Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin etmək;
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin etmək;
Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlamaq;
Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamaq;
Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparmaq, qəzalar, onların statistikası və səbəblərini araşdırmaq və uçotunu təşkil etmək;
Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləmək və onların yerinə yetirilməsinə nəzarət etmək;
Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər
Təhsil: Ali;
Təcrübə: 3 il;
Dil Bilikləri: Azərbaycan dili səlis;
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər.
Texniki Biliklər:
Müvafiq icra hakimiyyəti orqanlarının əmrlərini, enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri bilməlidir;
Enerji təsərrüfatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməlidir;
Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir;
Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
Vaxtında doğru qərar qəbul etmək bacarığı olmalıdır.