MKT İK MMC

Baş mühəndis

30-08-2024

267

Təsvir

  • Müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik etmək, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlamaq;
  • Müəssisənin tədarük və emal proseslərinin ardıcıllığının pozulmamasını təmin etmək;
  • Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək;
  • Emalın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək;
  • Buraxılan məhsulların keyfiyyətinə nəzarət və yaxşılaşdırılmasını təmin etmək;
  • Təmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamaq;
  • Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək;
  • Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək;
  • Tabeliyində olan işçilərin seçimində iştirak etmək;
  • İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.

Tələblər

Təhsil : Ali

Təcrübə : 5 il

Dil Bilikləri : Azərbaycan dili

Kompyuter bilikləri : MS Office və digər xüsusi proqram bilikləri

Texniki Bilikləri:

1.     Liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları;

2.     Təşkilatda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;

3.     Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarıqları;

4.     Texnoloji avadanlıqların iş prinsiplərini bilməlidir.

5.     Yeni avadanlıqların iş prinsiplərini öyrənməyə açıq olmalıdır.

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2024

Paylaşılıb

avqust 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı