Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;
Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa-sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verir və Cəmiyyətdən aidiyyatı rəhbər personellər gələnə qədər izin qorunmasını təmin etmək;
Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır;
Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq;
Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girəcəyində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;
Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı.
Tələblər
Təhsil və təcrübə:
Orta, orta ixtisas təhsili;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
Səriştə və bacarıqlar:
Obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədlərini bilməli;