MKT İK MMC

Layihə Meneceri

  • MKT İK MMC
  • 125, Heydar Aliyev Ave, Baku 1029, Azerbaijan
  • Tam ştat

17-07-2024

3.4K

Təsvir

Əsas vəzifə öhdəlikləri

  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarını yaratmaq;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
  • Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
  • Departament rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərini idarə etmək;
  • Tapşırıqların qeyd edilməsi və idarəsi üçün onlayn sistemlərlə işləmək;
  • Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. ilə əlaqədar PMI metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək;
  • Görülən işlərin uçotunu aparmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.


2.   Səlahiyyətləri

 

  • Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (Cəmiyyət tərəfindən, habelə departament (filial) direktoru tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa);
  • Əmək müqaviləsi, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər şirkətdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək;
  • Aidiyyəti məsələlər üzrə bütün struktur bölmələrin rəhbərləri ilə qarşılıqlı əlaqədə olmaq;
  • Öz səlahiyyətləri daxilində sənədləri imzalamaq və təsdiq etmək;
  • Tutduğu vəzifədə hüquq və vəzifələrini müəyyən edən sənədlərlə, xidməti vəzifələrin icrasının keyfiyyətinin qiymətləndirilməsi meyarları ilə tanış olmaq;
  • Xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədləri şəxsən və ya bilavasitə rəhbərin tapşırığı ilə müəssisənin şöbə müdirlərindən və mütəxəssislərindən tələb etmək;
  • Nəzərdə tutulmuş vəzifələrlə bağlı işin təkmilləşdirilməsi ilə bağlı təkliflərini rəhbərliyin müzakirəsinə təqdim etmək.

3.   Məsuliyyətləri

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.

Tələblər

1.   Tələb edilən bilik səviyyəsi

Təhsil: Ali

Sertifikatlar: PMI , PMP

Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;

Texniki biliklər:

  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə, Informatika, sənaye mühəndisliyi);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları;
  • MS Project vəya Primavera kimi layihə idarəsi proqramları.

Səriştə və bacarıqlar:

  • Aqrar sahədə təcrübənin olması üstünlükdür;
  • Rəqəmsal layihələrin idarə olunmasında təcrübə üstünlükdür;
  • PMI – PMP olması aruzolunandır;
  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Analitik zəka,insanlarla işləmək qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

avqust 16, 2024

Paylaşılıb

iyul 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə